“Həyat haqqında düşüncələr” silsiləsindən

1

Sevgilim, bir zaman tamamlanmayan,Nə qədər misrası qəlbimdə qalan,Kağızın üstündə durub sıraya,Fikrimdən keçəni qoyub araya,Səninlə, dostlarla söhbət etməyən,Ancaq xəyalımdan heç vaxt getməyən,Bir şerim indiTəzədən dil açıb qəlbimdə dindi.Mən bu duyğuları sənə yazmasam,İnan ki, yenə də olmaram aram...

2

Sevgilim, bilirəm çox darıxırsan,Nə etmək, əvvəldən belədir insan.Uzaqda, qürbətdə olsa adamı,Nə gündüzü olar, nə də axşamı...İndi bir aydır ki, qürbət eldəyəm,Doğrusu, başqadır bu yerdə aləm.Uyuşa bilmirəm, inan, bir anlıq,Mən hicran çəkirəm, sən nigaranlıq.Yəqin ki, oyanıb hamıdan erkən:“Yuxuda görmüşəm, bu gün gələrsən”.Deyərək gözlərin dikilir yola,Xəyal bir quş olub qonur min kola.Elə bil varlığın darda qalıbdır,Bilsən də sevgilin harda qalıbdır,Yenə dözməyirsən.Bir hikmətə bax,(Sən bizim qızlarda sədaqətə bax...)Mən də bu yerlərdə, düzü, birtəhər,Günü axşam edib, axşamı səhər,Həkimlə, dərmanla sirdaşam indi.Çarəm yox, gərəkdir tablaşam indi...Bu uzaq ölkədə çəksəm də həsrət.

Deyirlər bir quşdur ömürdə səhhət –Uçdumu, dönməsi uzanır xeyli.Odur ki, sevgilim, olma gileyli,O şirin vüsalın xatirinə mənİçirəm dərmanı gileylənmədən.Dözürəm, insanda fil dözümü var.Fəqət ürəyimi yeyən ağrılarNə hicran dərdidir, nə vüsal qəmi.Necə təsvir edim mən bu aləmi,Onu mənim kimi duyasan sən də.Bir başqa dünya var indi içimdə...

3

Sevgilim, etiraf gözəldir, inan –Başqadır təmənnam indi həyatdan.Elə darıxıram bu tək otaqda,Sanki əzir məni yumşaq yataq da.Yuxuda, aşkarda, hər yanda, hər günDoğma kəndimizi görürəm bütün.Görürəm çəməni, bulağı, daşı,Əsir o yerlərçin qəlbimin başı.Artıq şair qəlbim bu niyyətdədir –Deyim ki, hər nə var təbiətdədir.Sevirəm dağlara çən gələn zaman,Sevirəm çayları,Günəş doğarkənNeçə rəngə çalır hər bir zərrəsi.Həyat nəğməsidir bulağın səsi.

Sevirəm çəməni ilk bahar çağı,Sevirəm meşəni, sarı yarpağıQalxa dizə qədər,İtə yol, cığır...Nə vaxt göy kişnəyib gur yağış yağır,Bulud göz yaşıyla yuyur torpağı,Yfüqdə uzanır göyün qurşağı,Yarpağın üstündə qalır damcılar,İstər payız olsun, istərsə baharSevirəm o zaman təbiəti mən.Ayrıla bilmirəm təbiətimdən...

4

Bilirəm, sevgilim, qınayacaqsan:– Bəs insan?Dünyanı yaradan insan?!Onu sevmirsənmi?Sevirəm qəlbən.İnsansız təbiət düşünmürəm mən.Sevirəm insanı, insan min-mindir,Seçib ayırmaq da, düzü, çətindir.İnsanlıq nə pulda, nə varda deyil,Nə də ki, yamaqlı paltarda deyil.Nə qızıl eynəkdə, nə savaddadır,Nə şanda, şöhrətdə, nə də addadır.Nə də adamların sənətindədir.İnsanlıq insanın xislətindədir.Sevirəm insanı, sevirəm qəlbən,Kim ki ayrılmayır təbiətindən.Yüksəlsə rütbəsi, məqamı belə,Əvvəldən necəydi, o qalır elə.O üz döndərməyir dostdan, yoldaşdan,Mən ona deyirəm həqiqi insan...Fəqət adam da var, baxırsan üzdəİnsandır, yaşayır yer kürəmizdə.Nə toya yarayır, nə də ki, yasa,Əgər sellər gəlib dağlar uçulsaBir sakit guşəyə qısılıb qalar,Təki bir tükünə toxunmasınlar.Sədi yaxşı demiş, belə bir insanSanki bir şəkildir baxır divardan.Sevgilim, hər yerdə belələri var,Elə bil həyatda duz dadmamışlar.Kədəri, qüssəni qovub özündən,Görürsən yalandan gülür də bəzən.Elə bil qorxur ki, gülməsə əgər,Ömrünün bir günü gedəcək hədər.Dindirsən üzünə gülümsəyərəkDeyəcək: – Birtəhər yaşayaq gərək.“Birtəhər yaşamaq...”Niyə “birtəhər?”(Belə yaşamağa ömür deyərlər!)İnsansan, yer tapsın qoy ürəyində,Sənin kədərin də, sevinməyin də.Kədər ki, ömürə yamaq deyildirQəlbindən qoparıb atasan onu.Sevinc ki al rəngli boyaq deyildirHər zaman dodağa yaxasan onu.Kədərin də özgə bir aləmi var,Neçə sevinclərin anasıdır o.Kədərin mənasın duyan adamlar,Bilir məhəbbətin aynasıdır o.İnsansan, varlığın tacısan demək,Nə vaxtdır əllərin üzülüb yerdən.Hər yerdə hər şeyə gülümsəyərək,Yenidən meymunluq niyə edirsən.Demirəm üzündə yer salsın kədər,Ağlayıb sızlamaq vərdişin olsun.Ömründə bir dəfə gülsən də əgər,Elə gül, ömürlük gülüşün olsun.Sevgilim, bilsən də yazıram yenə,Özgə pencəyini geysən əyninə,

Ya qolu sallanar, ya da ətəyi.Bəs necə geyəsən özgə ürəyi?Birtəhər yaşamaq xatirinə sən,Qəlbin ağlasa da özün güləsən...

5

Bir rəqs meydanına getmişdim dünən,Çəkilib bir yana seyr etdim xeyli.Çətindir vəsf etmək,Gərək görəsən,Həm ağlamalıydı, həm də gülməli.Elə bil bir dəstə rəngli böcəyi,Qızarmış dəmirin üstə yığıblar.Atılıb düşürlər,Bu rəqs etməyi“Mədəniyyət” bilən nadanlar da var.Dərk edə bilmirəm, düzü, nə haldı,Niyə mədəniyyət bu günə qaldı.Bəlkə deyəcəksən bu bir qaydadır:“Zülfəli qoyular keçəlin adı”.Yox, bu tək ad deyil pozaq adını.Sən razı olarsan öz övladını,Bax bu düşüncədə, mədəniyyətdəBöyüdəsən bizim bu cəmiyyətdə?Axı hansı ana tablaşar buna,Qızı qürbət yerdə gedib oğlanaOrdan məktub yaza:– Mehriban anam,Gözün aydın olsun, gəlin olmuşam.Burada sevişib mən ərə getdim,İndi o yaşayan şəhərə getdim...Sevgilim, de niyə dinmirsən, niyə?İndi nə ad verək biz bu sevgiyə?Bəlkə də yadına gəlir sənin də,Gəlin gətirəndə bizlərdə kəndə,Qarılar qabağa ayna tutardı.Cavanlar at çapıb fişəng atardı.Qızın da başında al rəngli duvaq,Bir evdən bir evə gələndə qonaq,Neçə şam yanardı yolu boyunca.Gəlini evində görəndə qoca,Bilərdi nə qonaq, nə qonşudur bu,Oğlunun ömürlük yoldaşıdır bu.Sevgilim, bilirəm dinmirsən nədən,Yox, köhnə adətə qayıtmıram mən.Sən məni qəlbində danlama nahaq.Gəl sevgi haqqında açıq danışaq.Qəlbimdən keçəni sən də düşün, bil,Sevgi toyda deyil, duvaqda deyil.Qız duvaqlı olsun, duvaqsız olsun,Nə fərqi, kaş sevgi yamaqsız olsun.Sevgilim, qəlbində danlama məni,Küçədən qoşulub gələn gəliniQayınana nə etsin.Bilmirmi məgər,O bir gün də belə qoşulub gedər...“Örpəyin düyməmə ilişən zaman,Qəlbimi ovlayıb apardın, canan”.Deyən adamların cılız səsi də,Onun həyat haqda fəlsəfəsi də,Elə düyməsi tək bir anlıq olur.Həyatı, sevgisi qaranlıq olur...Yenə də bir filmə baxırdım dünən,Adını yazmıram, yəqin görübsən.Kəndin kənarında azı yüz nəfər,Şirini ulağa mindirirdilər.Fərhad da ordaydı,Yadına gəldi?Ancaq o biz bilən Fərhad deyildi.Min ildir Nizami köçmüş həyatdan,“Xosrov və Şirin”i unutmamışsan.De görüm o filmin nə idi adı?Daha hansı yeri yadında qaldı?Niyə dinməyirsən, niyə, sevgilim?

Sənət belədirsə onda nə bilim,Nə üçün özünə zəhmət verib sənFüzuli şerini əzbərləyirsən.Yəqin deyəcəksən: – Uçma həyatdan.Yox, mənim əzizim, yaxşı düşün bir,Yaxşını yamandan ayıran insanBilər bu sözlərim inkar deyildir.Gözəl bir dövranda yaşayırıq biz,Aya körpü salır yerdən nəslimiz.İnan ki, azalsa günün ziyası,Günəşə nur verər insan dühası.Elə dahilərlə həməsrəm ki, mən,Hazıram yüz dəfə öpəm əlindən.Elə sənətkarlar arasındayam,İstərəm bir ömür şagirdi olam...Fəqət, mehribanım, bilənlər bilir,Əsl sənət nədir, məhəbbət nədir.

6

Sevgilim, qəlbimdə ağrı var yenə,Ancaq fikir versəm həkim deyənə,Ömrümü vəqf edəm gərək dərmana.Yox, daha hər şeyi atıb bir yana,Qalxıram ayağa.Həyat döyüşdür.Kimin ki silahı əlindən düşdü,Kimin ki ilk dəfə əyildi dizi,O çıxır sıradan.Sevgilim, biziQoy aciz bilməsin bu həyat belə.Döyüş günlərimiz öndədir hələ.Məni düşündürən sənsən, sevgilim,Zamandır, danışıb dinsən, sevgilim.Yenə də ucalsa o məğrur səsin,Neçə sözqanmazın, neçə nakəsinSözünü ağzında kəsərsən,bir də –Daha görünməzlər sən olan yerdə.Həyatın mənasın geyimdə bilən,O yersiz bəzənib, o yersiz gülən,Avara kəsləri misri qılınc təkElə yerindəcə kəsəsən gərək.Sənsə danışmırsan, səbrə bax səndə,Demirsən geyinib bəzənməsən də,Fitrətən, xislətən böyüyəm elə.Haçan böyümüşük özgə əliylə?!Axı bu misalı niyə çəkmədin:Günah sarbandadır, böyük bir nərinOvsarın gör hara bağlamış naşı,Ulaqla nər olub boyun yoldaşı...Niyə danışmırsan?Təvazömü bu?Hələ dumanlıykən bəşərin yolu,Şərqi də, qərbi də heyrətdə qoyan,Kim idi o dahi, o böyük insan?O vaxt ki, İskəndər gəzib dünyanı,Fəth etmək istədi Azərbaycanı,Ordusuz, silahsız çıxıb meydana,Nüşabə qələbə çalanda ona,Nə qədər tayfalar, nə qədər xalqlar,Uşaqlıq dövrünü yaşayırdılar...Doğrusu beynimdə min irmaq axır,Çaylar bir ümmanda qovuşub, axır.Dolanıb nə qədər kəndi, şəhəri,Birləşir fikrimin şəlalələri,İndi şair qəlbim bu niyyətdədir,(Bu niyyət can verir şerə, sözə də)Deyim ki, gözəllik təbiətdədir,Həyatın mənası mübarizədə...

Berlin, 1963Yesentuki, 1977

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love