Ey dil rəvişi-aşiqi pərvanədən öyrən,Yax atəşə cani.Ahəngi-nəva bülbüli-məstanədən öyrən,Çək övcə sədani.Ayini-vəfa sakini-meyxanədən öyrən,Tap piri-muğani,Kim desə sənə zahidi-biganədən öyrən,Batildi gümani.Aldanma ona, şaribi-peymanədən öyrən,Sür eyşi-cavani.

Əl çəkmə ölüncə meyi-gülnar ətəyindən,Kim dafei-qəmdir.Olma tutasan vaizi bədkar ətəyindən,Ənduhü ələmdir.Hər xeyr tökülsə, tökülür var ətəyindən,Xüm əhli-kərəmdir.Əlqisso, yapış badeyi-sərşar ətəyindən,Keyfiyyəti-Cəmdir.Helmü ədəbü məclisi-şahanədən öyrənAl dərsi-məani.

Ta var həyatım dilərəm nəkhəti-zülfüOl badi-səbadən.Bir kərrə qəbul eyləmişəm beyəti-zülfiDönməm bu binadən.Yəğma götürür, hökm eyləsə, rəyəti-zülfüÇin ilə Xətadən.

Tuli-əməli-kakili, cəmiyyəti-zülfüYa badi-səbadan,Ya şamü səhər məhrəmidir, şanədən öyrən,Onlar bilir ani.

Fərhad özün dağə çəkib bimi-bəladən,Aşiq demək olmaz.Məcnun düşüb dəştü biyabanə cəfadən,Biar, utanmaz.Sənan dəlidir, əl götürüb virdü sənadən,Məbudə inanmaz.Bu yolları axtarma yetən bisərü padən,Hərgiz özü qanmaz.Gəl tövrü təriqi məni-divanədən öyrən,Get həqqini tani.Ləli-ləbi-yarə desələr çeşmeyi-heyvan,İnsaf deyil bu.Bu qəndi-mükərrərdi bəsi faideyi-can,Olur bir içim su.Pəh-pəh, məmələr səfheyi-sədrində nümayan,Çün balişi-pərqu.Nadan nə bilir ki, nədi innabü sepüstan,Ya şərbətü-limu.Bu nüsxəni sən Zakiri-piranədən öyrən,Əttar dükanı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love