Bir rubəhi-kühənsalə gedirdi,Qismət üçün seyri-aləm edirdi.

Obadan kənara gördü, ittifaq,Atıblar səhrayə bir dünbeyi-çaq.

Diqqət ilə baxıb, tələni seçdi,Yavuğa düşməyib – uzaqdan keçdi.

Gəzər ikən oldu bir qurda düçar,Dedi: “Filan yerdə yaxşı tömə var”.

Biçarəni çəkə-çəkə gətirdi,Bir azca qalmışdı quyruğu gördi.

Dedi: “Təəccübəm, sən belə şeyəDüçar oldun, özün yemədin niyə?”

Dedi: “Boynumda var qəza orucum,Tutmuşam ki, saqit ola borucum.

Soxuldu quyruğu yerdən götürə,Neçə gündü naharsızdı, ötürə,

Çırtlayıb, payinə tələ oldu bənd,O yana, bu yana tullandı hərçənd,

Tülkünün əlinə düşdü girəvə,Quyruğu yeyirdi çox sevə-sevə.

Dedi: “sən deyirdin orucam, bayaq,Nədəndir yeyirsən indi bu sayaq?

Dedi: “oruc idim, amma bu axşamTəzə ayı görüb, etmişəm bayram”

Hiyləsinə o pürfənin inandı,– Bəs mənim bayramım, – dedi, – haçandı?

– Sənin də bayramın sahibi-tələGələndədir, – dedi, – tələsmə hələ.

Hər kimsədə ola əqlü fəhmü huş,Bu məsəli eyləməsin fəramuş:

Əvvəl gərək suyu yoxlasın möhkəm,Boylayandan sonra soyunsun adəm.

Nəinki etməyib fikir, əndişə,Sala canavar tək özünü işə.

Həm özünün payın, həm onun payınTülkü yeyə bidərd-sər, arxayın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets