Gülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,Miyan və məxluqə fəsadü yağmaSalır dolandıqca hər su gözlərin

Biləydim həqiqət eyni-mətləbin,Nazdır aşiqə yaxud qəzəbin,Bağrımı qan edib yaqut ləbin,Yürəyimi viranə cadu gözlərin

Şəm'i-ruxsarına didəyi-pərvanə,Turreyi-müşkinin eylər bir yanə,Olub nəşəyə səndən məst və məstanə,Aldıqca zülfündən xoşbu gözlərin

Gülşəni-nemətdə ehsan içində,Arız və gülgun və taban içində,Durubdur hər zaman al qan içində,Çəkərmi qətldən qayğı gözlərin

Dövləti-vüslünə olan möhtacə,Xaneyi-fürqətdən səy et ixracə,Tökübdür üstümə qəsd taracə,Bir bölük ləşkəri-Hindu gözlərin

Xiyal fikrindir mehr və Süruşüm,Əvqat bidarım yandıqda düşüm,Düşəndə yadıma məhv olur huşum,Gül yüzün, dütaq əbru, gözlərin

Yetişməz dilbərim hərgiz fəryadə,Şuxini qəmlərdən etməz azadə,Qəsdidir hər zaman fitnə fəsadə,Eyləməz bir kari-nikü gözlərin

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love