Ey gözəllər şahı, şux-u nazənin,Yetişib hökmün kül cahanə.Bilirsən necə yaxşı yaraşırZərəfşan kəmər incə miyanə.

Gəlməyib dünyaya sən kimi dilbər,Gülbərg ləblərin yaquta bənzər,Dolanım başına, ey pəri-peykər,Zülfünə səhərlər eyləmə şanə.

Pərişan tellərin aldı qərarım,Mayılam hüsnünə, sevgili yarım,Çeşmi-siyahımsan, lalə üzarım,Olaym heyran sən kimi cana.

Şahbaz-ı aləmsən, mən səni biləm,Düşübən topraqa yolqədə olam,Danəyi-xalına qurbanı olam,Qəbul eylə sən şah-ı zamanə.

Cəmalın artıq şəms-ü qəmərdən,Yolqədə keçmişəm canilə sərdən,Biçarə (Kərim)i salma nəzərdən,Əgərçə kafirəm, gəldim imanə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love