Yetirərəm
Könül, səbr ilə etmə əl-aman,Səni bir gün o dildara yetirərəm.Ağlayıb növhə etmə şivəni,Şahqubad o sərdara yetirərəm.
Bilirəm ğəribin aldı qərarın,Çəkəcəksən hələ dərdini yarın,Kəsilib səbri bülbül zarın,Fəsli-bahar o gülzarə yetirərəm.
(Kərim) halım xeyli pərişan,Əridi cismimi atəşi-hicran,Hansı dünyada yoxdu bir insan,Diyə kim səni yarə yetirərəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/mucrim-kerim-yetirerem
Use ← → keys to move, R for a random poem