Eşitmişəm bir neçə əhvalını,Bir özgəyə əhd-i vəfa qılmısan.Tərk eyləyib yar vəfadarlığın,Rəqib ilə zövq-ü səfa qılmısan.

Əcəbdir bu sən kimi dildardən,Yarını fərq etmədin əğyardən,Canım alıb bu cism-i bimardən,Hər yetənə xeyr dua qılmısan.

Zənn eylədim bu dostluğun binası,Tərk olmayıb kəsilməyə arası,

Ta olasan dərdli könül dəvası,Yoxsa gedib ğeyrə dəva qılmısan.

Heç yox imiş səndə vəfa, diyanət,Belə olub dost aşina siyaqət,Tərk eyləmək mən fəqiri nə hacət,Məlum ki bir özgə həva qılmısan.

Dediyincə bəyətkəz var imiş,Mətləbkəz bir özgə dildar imiş,(Kərim) sənə rəqib əğyar imiş,Axır məni belə cüda qılmısan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love