Eylərəm varımı cümlə təsdiq,Mələk mənzər o sultana yetişsəm.Elə billəm bu dünyanı tutmuşam,Birdə mən sayeyi-müjgana yetişsəm.

Qalmaz möhnətim zərrəcə fil-hal,Yetişsə dadıma çərxi-kəhənsal,Qan ağlaram əgər keçsə bu minval,Şad olmanam hər insana yetişsəm.

Şirin dilli o dildarı görəydim,Gülbərgi ləblərin birdə sürəydim,Gecə gündüz qabağında duraydım,Nə deyirsən (Kərim), cana yetişsəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets