— Lətif:Bulaq üstə duran gözəl,Bir xəbər ver ellərindən,Susamışam, su istərəm,Al xınalı əllərindən

— Pərizad:Bizlər su verməyərik yada,Bivəfa çoxdur dünyada,Əslin kürddür, haramzada,Su iç, qalma yollarından

— Lətif:Mən səndən heç suyumaram,Əmsəm ləbindən doymaram,Tutmuşam əldən qoymaram,Əl çəkmərəm tellərindən

— Pərizad:Sən nə bildin bəs halımı,Xəlvətcə tutdun əlimi,Əm ləbimi, qoç bəyimi,Gəlsə əgər əllərindən

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets