Bir nəğmə oxudu sevgilim dünən,Sanki sellər, sular başımdan aşdı.Elə bir nəğmə ki, onu dünyadaHələ bir müğənni oxumamışdı.

Ana laylası tək həlim, mehriban,Bir dağ seli kimi coşqun, dalğalı.Nəğmədə sönməmiş bir məhəbbətinHəm sevinci vardı, həm də məlalı.

“Ömrüm ötdü yarıdan,İstəyim yox Tanrıdan.Ürəyimi ağrıdanSənə neçə sözüm var,Neçə sözüm, sevgilim.

Dağ başına endi çən,Ağ geyindi çöl, çəmən.Saçlarının rəngindənGörürəm qocalmısanArtır dərdim, niskilim.

Mən xəstə, sən ixtiyar,Ömrə yoxdur etibar.Bir şer yaz yadigarOnu oxuyanda mənHəm ağlayım, həm gülüm...”

O susdu... Nəğmə də uçdu otaqdan,Duydum sevgilimin gilayəsini,Dedim ki, mən sənə bağışlamışamSinəmin söz dolu xəzinəsini.

Sən şeir istədin, bir şer azdır,Nədir xəzinədən alsan bir inci.Sənindir qəlbimdən gələn hər nəğmə,Onun həm kədəri, həm də sevinci...

Soçi, 1960

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets