Neçə bahar yola salmışam,ancaqnə cırcırama kimi oynaq,nə qurbağa kimi soyuqqanlı.Nə də göylər kimi dartılmışamsisli, dumanlı.Qəhrəman da olmamışam,düşmən ordusunu pərən-pərən sala bilim.Bir gözəl qəlbini də ovlamadım,Fərhad təkməhəbbət dünyasında qala bilim.Büdrədiyim çağlar da olub,Yıxılmamışam ancaq.Nə özgə hesabına yaşamaq istəmişəm,Nə başqasının əlilə ucalmaq.Keşməkeşli illərdə ötsə də gəncliyimtəəssüf etmirəm yenə.

O illəri yenidən qaytarsalar mənəinan, beləcə yaşayaramBaşıuca, üzüağ.Ömrün payızına qədəm qoyubtökülsəm də yarpaq-yarpaq,qəm yemə, sevgilim.Bir də ki, nə qəm,mən ki, gəncliyimi itirməmişəm.Hələ qışa da çox var...Nə üçün yaşadığını duyanömrün payızını da, qışını dabahar kimi yaşayar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring