I

Başı Səhənd çalmalı,Ətəyi Acıçaylı,Quzeyi qar ətirli,Güneyi çoban haraylı,Yayı firuzə köynəkli,Qışı bulud örpəkli,Yazı neysan yağışlı,Payızı ay yanaqlı,Ulduz baxışlı,Sinəsi ayna göllü,Bulaq zümzüməli,Dupduru kəhrizim mənim,Təbrizim mənim.

II

Bir zaman qala divarı təkkərpic-kərpic hörülən,Sonra küçə-küçə,Məhəllə-məhəllə bölünən,Bağmeşə hüsnlü,Qarağac təravətli,Əmrəxiz vüqarlı,Sirxab sənətli,Ərk əzəmətli,Şəmsülimarə saraylı,Gecələri sakit,Gündüzləri haraylı,Ay selim, ümmanım,Dənizim mənim,Təbrizim mənim.

III

Neçə ölkə, neçə şəhər dolaşan,Bir ucu hicrətdən o taya aşan,Tarixə qovuşan,tozlu, daşlı yollarıngörüşdüyü şəhər.Karvan-karvanqumrov səsilə oyanıb hər səhər,Axşamlar aypara işığında yatan.Sinəsini güllə qabağına veribtarix yaradan.Məşrutə niyyətli,Azadlıq soraqlım,günəşim, gündüzüm mənim,Təbrizim mənim,

IV

Babamın babasının yadigarı,Qara gözlü,şirin sözlügözəllərin,Qəhrəman oğulların diyarı.Keçmişi əzəmətli,bu günü həsrətli,gələcəyi ümid dolu,Bir əli yaraqda,Bir eli torpaqda,döyüşə-döyüşə yaşayan,həyatını, nemətini qoruyan,Şərəfini, şöhrətini qoruyan,iki gözüm mənim,Təbrizim mənim.

V

Nə vaxtdır,Gülüstan bağında olmamışam,.Ərkin tamaşasına dalmamışam,Gözlərimin önündədirƏmirbazarı,Şişəgər meydanı,Kəcil qapısı.Yadımdadır gördüklərimin hamısı.Gecələr xəyalımda,gündüzlər fikrimdəsən,hər dəqiqə, hər an.Yeqin sən də məni unutmamısan.Neçə xiyabanında,neçə meydanındaHələ də qalır izim mənim,Təbrizim mənim.

VI

Nağıllar nağılı,Həqiqətlər həqiqəti,Ömrümün acısı, şirini,kədəri, sevinci,şadlığı, möhnəti.Göz yaşıma şərik,gülüşümə ortaq,Gəncliyimi,dincliyimiəmanət qoyduğum,Hər zaman nəfəsini duyduğum,arxam, köməyim, dayağım,dünənim, bu günüm, sabahım,hamıdan doğmam,

Hamıdan yaxınım,əzizim mənim,Təbrizim mənim,

VII

Dünən döyüşdüm səninçin,cəbhə-cəbhə, səngər-səngər.Sabah da döyüşərəm,əmr etsən əgər.Dözmərəm ürəyi nisgilli,alnıkölgəli olasan.Axı sən arxamda bir qalasan.Sənsiz mən kiməm?Mən nəyəm?Nə adım var, nə sanım var.“Üzüyü qaşıyla tanıyırlar”,Sənsən dünyaya tanıdan məni.Elimin, dilimin vətəni,Harayım, səsim, sözüm mənim,Təbrizim mənim,Təbrizim mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets