Payız tək qucağı bəhərlə dolu,Yay kimi qəzəbi, sevinci odlu,Qışın qarından da daim üzü ağ,Bahar günəşi tək mehriban, parlaq,Bizim dünyamızın bəzəyi ana.Bütün göyçəklərin göyçəyi ana.

Babam ömrü boyu hey cənnət gəzdi,O cənnət sənsən.Atam ölənədək səadət gəzdi,Səadət sənsən.Oğlum gözəllərdən məhəbbət gəzdi,Məhəbbət sənsən.Mən də bir zamanlar həqiqət gəzdimİndi dərk etdim ki, həqiqət sənsən.Həyatın ən böyük neməti ana.Bütün insanlığın şöhrəti ana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring