Gecənin qulağında kədərli zəng səsləri,Ağır-ağır yol gedir karvan şimala sarı.Xəyal məni aparır, görən nə vaxtdan bəriDünyanı addımlayır zəngli dəvə qatarı.Karvan şimala gedir, karvan cənuba gedir,Karvan bəzən vətəndən uzaqlara yol alır.Karvan bütün dünyanı zaman-zaman qət edir,¹ Ənzəli şəhəri çay vasitəsilə iki hissəyə bölünür, onun bir hissəsinə Qaziyan deyilir.Karvan kədər gətirir, karvan sevinc aparır.Karvan gedir... Bir zaman Əbülüla MüərriBəlkə də bu karvanla bütün şərqi dolandı.Kim bilir o dahinin ən gözəl əsərləriİsti qumlar üstündə, xəyalında yarandı...Karvan gedir aramsız, gecə qara, yol uzaq,Arxamda mavi dəniz, öndə qarlı Savalan.Dəvələr bir ahənglə yenə addımlayaraqÖtürlər babaların keçdiyi tozlu yoldan.Sarvanın gözlərində yuxusuzluq qəmi var,Neçə gecə yatmamış, hey yeriyir, yeriyir.Sarvanın özünün də qəribə aləmi var,Zəng səsləri altında hər gün bayatı deyir:Ağ dəvə düzdə qaldı,Yükü Təbrizdə qaldı.Oğlanı qan apardı,Dərmanı qızda qalda.Gecə sakit, uzaqlar əks edir bu nəğməni,Dəvələr aram-aram addımlayırlar yenə,O, Xəzər sahilindən alıb aparır məni,Qədim Babək yurduna – Savalan ətəyinə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets