Bəzən mənə deyirlərAsta danış, asta din.Bir əqrəb tək doğrayırÖmrünü əsəblərin.Əsəbləşmə hər şeyəYaxşı olsun, pis olsun.Lap uzaqdan ötüb keç,Nə olursa qoy olsun,Ancaq o sənsiz olsun.Ömür nə qədərdir ki,Uzaqbaşı altmış il.Laqeyd ol, bu dünyada,Əsəb hüceyrələriBərpa olunan deyil.

Düşünürəm, görəsən,Belə yaşamaq olar?Hər şeyə laqeyd olanÖmrün nə mənası var!Biri haqqın adınaBağırıb böhtan deyir,Laqeyd olub danışma.Biri gözün önündəDura bilmir, büdrəyir,Sən qolundan yapışma.Biri nahaq danışır,Sən dillənmə, qulaq as.İki nəfər dalaşır,Qulağına pambıq bas.Ya da laqeyd ötüb keç,Dayanma da, durma da.Heç özün də bilmədənŞər iş olar ortada.Ancaq bircə şeyə sənLaqeyd olma, yaxşı bil,Əsəb hüceyrələriBərpa olunan deyil.Deyirəm, bəziləriGör nəyi amal bilir,Gör nə haqda düşünür,Gör necə də kiçilir.Bir insan ki ömründəAğlayıb gülməyəcək,Bir əsəb ki kədərdən,Qəmdən gərilməyəcək,Bir insan ki dünyayaBu gəlib-getməsindənMəna aramayacaq,Bir insan ki xeyirə,Şərə yaramayacaq,Bir insan ki həyatdaDaş üstə daş qoymaya,Məramının yolundaSəngərə baş qoymaya,Deyin, nəyə gərəkdir?

Yaşayırmı, ölübmü,Kimsə bilməyəcəkdir!Laqeyd ola bilmərikHeç vaxt bu yer üzündə.Qeydinə qalmalıyıqHələ nəslimizin də.Torpağa, insanlaraBiz gərək olmalıyıq.Neçə-neçə nəsiləBir örnək olmalıyıq.Qoy bizi yaddaşındanSilməsin zaman-zamanSevdiyimiz bu dünya,Bü gün biz olanda da,Sabah olmayanda da.Necə laqeyd olasan,Ömrə, günə, həyataÜmid dolu arzuya?Laqeyd ola bilmərik,Əsəb hüceyrələriBərpa ola, olmaya...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets