Dəniz, Heminquey və mən
ÖnümdəDünyanın qaragözlü pərisi,Qara dəniz.Başımın üstündəAğ çalmalı,Sıldırım qayalı dağSəssiz-səmirsiz.Bir qaya parçası üstündəOturmuşam tək.Ayaqlarımı yuyar sularYenə dalğa-dalğa,Ləpə-ləpə nəğmə deyərək,Mamırlı daşların üstündənSabun köpüyü kimi sürüşür,Yenidən tökülür dənizə.Haradansa yadıma Heminquey düşür,Dönüb bir zirvəyə baxıram,Bir də oturduğum qayaya.Uzaqda balıqçı qayıqları,Qağayılar şığıyır suya...Günəş közərə-közərəYarıb dənizi qalxır.O da ilk dəfə zirvəyə baxır,Mən də baxıram.Gör haradan harayadır fərqimiz:O dağ başında,Mən qaya daşında.Ayaqlarım suda,Yanımda balıqlar oynayır.Əl atsamPapağını götürərəmBaşından dalğanın.Baxıram,Bu yaxınlıq heyran edir məni...Bəs nədənO, dağ başındandaha yaxşı duyurDənizin romantikasını,Dənizin həqiqətini.
Məni dəniz heyran edib,O, “Qoca və dəniz”iylə hamını.Axı, duyğuya nə yaxın, nə uzaq?Hər şey yaxın olarƏgər ürəkdən vurulsaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-deniz-heminquey-ve-men
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Həmişə arzudu, bahardı qadın.Qadın gözəlliyi daşqındı, daşar.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Sənli baharGəldin bahar gələn günü gəldin bahar kimi,Hüsnün açıldı ömrümə bir laləzar kimi.