Payızdır, əzizim...
Eyvanda qırmızı gül dibçəyi,yazda çiçək açar.Al-atlas ləçəyiYanar,dan yeri kimi.Yarpaqlarbuludsuz cənub göyləri kimigömgöy!Ləkəsiz.Suyunu, günəşiniəskik etmirik biz.Qoy firavan böyüsünevimizin bəzəyi.Həmişə yaşıl olsunOnun yarpaq-yarpaq köynəyi.Fəqət bir günləkə düşdü,saraldı bir yarpaqSonra da o biri.Dedim, bəlkə də soyuqdur yeri.Keçirtdim evə,Olmadı yenə.Sarılıq,elə bil yoluxdu o birilərinə.Saraldı, saraldı yarpaqlar...Fikir apardı məni.Görəsən niyə saralır?Bəlkə bir azarı var?Sevgilim əlini çəkdiAğarmış saçlarıma.Dedi:– Payızdır, əzizim...daha nə etmək olar...
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-payizdir-ezizim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Könül dünyamKönül bir dünyadır — yazı, payızı,Könlümdə fəsillər nəğmələnərlər.
Məhəbbət əşarıBir lalərüxəm, eşqimə sultan ola bilsən,Məndən qaç uzaq, vəslimə mehman ola bilsən.
LayiqdimiMənim kimi bülbül olmaq,Güllərinə layiqdimi?