Şəklin başım üstədir
Mənə məktub göndərib, zəng edərək uzaqdan,Soruşursan hər zaman:“Söylə görüm necəsən?Xəstəmisən, sağmısan?..”Sevgilim, özün düşün, sən məndən uzaqmısan?Gözlərinin rənginə baxa-baxa hər axşamMən yuxuya dalmışam.Bil ki, könül həmdəmin nə yorğun, nə xəstədir,Şəklin başım üstədir.
Mən səni bir görüşdə təsadüfi sevmədim,Təsadüfi tərk edim.Uzaq eldə olmağın etmir məni nigaran,Gözdən uzaq olduqca qəlbə yaxınlaşırsan.Günəş qərbə keçəndə azalırmı atəşi?Ey qəlbimin günəşi!Könlüm nə hicran duyur, nə ayrılıq hiss edir,Şəklin başım üstədir.
Mən səni unutmaram məktub yazsan, yazmasan.Axı hər vaxt, hər zamanMən səni düşünmüşəm, sən də məni anmısan.Ağır gündə, çətində arxamda dayanmısan.Bu həyat yollarını birgə vurmuşuq başa.Yaşayacağıq qoşa.Mən heç kədərlənmirəm, ömür keçir, gün keçir...Şəklin başım üstədir.
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-seklin-basim-ustedir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Atəşin göynər özü sineyi-suzanımçün,Bəhr hər dəmdə açar didəyi-giryanımçün
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
ÇustÇust sürçüb məni palçıxda yıxur, ay zakir,Tərs kimi yolda olub çalaçuxur, ay zakir.