Qibtə
Heç kəsə paxıllıq etməmişəm,İstər cavan olsun, istər qoca,Həsəd də aparmadım kimsəyəömrüm boyunca.Bilənlər bilir,bu belədir.Belə də olacaq...Atalar demiş:“Südlə gələn sümüklə gedər”.Yüz il də yaşasam yenəzidd gedə bilməyəcəm təbiətimə,bu hisslərim qalacaq...Ancaq qibtə etmişəmiki şairin şerinə, sözünə,fikrinə, iradəsinə,taleyinin təntənəsinə...Qibtə etmişəm,köksünə iki cahan sığan,özü bu cahana sığmayan
şair babamız Nəsimiyə.Yer mənəm, göy mənəm, ümman da mənəm,yaradan da mənəm, insan da mənəm,Mən həqdən zərrəyəm, həqq özü məndə,Heç zaman ölməyir həqq yer üzündədeyə-deyə dar ağacına – ölməzliyə gedənməğrur babamız Nəsimiyəqibtə etmişəm.Qibtə etmişəm.Macar oğlu Şandor Petefiyə də.Şerlərində azadlıq həsrəti,qəlbində vətən məhəbbəti,sözlərin kəsəriləməclis-məclis döyüşdüvətən düşmənlərilə.bir gün dəsakit Dunaya düşdüzağlı qılıncının şöləsi.Səngərdən ucaldıdünən xitabət kürsüsündəneşidilən səsi...Şair qəhrəman oldu,vuruşdu vətən yolunda,azadlıq yolunda.Neçə-neçə vətən oğlununömrü birləşdi onda.Vuruşa-vuruşa qovuşduHəyatın zirvəsinə.Şerlə başlayan ömürqılınc meydanında sona yetdi.İndi mən qibtə edirəmPetefeyin taleyinə, iradəsinə.Axı hamıya qismət olmur,yaza-yaza yaşaya,döyüşə-döyüşə yaşaya,Ölə, yaşaya.Şeri dillərdə,şöhrəti ellərdə,adı nəsillərdə yadigar qala.Axı hamıya qismət olmur,ömrü nə səksən, nə yüz ola.Ən çoxu otuz ola.Ancaq ömür ola,ÖMÜR...
Kitabxana.az · https://kitabxana.az/en/works/balas-azeroglu-qibte
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
Kərayli: Bir bağda bülbül olmasaBir bağda bülbül olmasa,Gülün nə miqdarı, dilbər,
Cənab Cəfərqulu xan Aşıq Pəri Maralyaniyə, Pəri isə Cəfərqulu xana yazmışdırCəfər qulu xan:Sən, ey Pəri, mələk pərvərdəsisən,