Qədim Ərəbistan,Qumlu səhradanTozlana-tozlana gələn karivanBir dağ ətəyində açır yükünü.Bulağın yanında o bütün günüDincələcək yəqin qaş qaralınca.Sonra da yenidən düşəcək yola.Bulağın üstündə bir cüt söyüd var,Burda mənzil edir hər gün karvanlar.Xalçanın üstündə oturmuş tacir,Beynindən qəribə fikirlər keçir:“On gün yol gəlmişik, bir həftə də var,Bazar, bazar olsa yəqin bu mallarBeş günün içində satılar hökmən.Beş gün də qalaram mal almağa mən.Sonra da yenidən düşərik yola...”Bu vaxt tacir görür dağ cığırıylaDüz bulağa sarı gəlir bir nəfər,Saçları dağınıq, özü mükəddər.Gəlir, yanında da bir bala ceyran,Gəlib su içirlər onlar bulaqdan.Qayıdanda onu səsləyir tacir:– Ey allah bəndəsi, de, adın nədir?Kimsən, nəkarəsən, hara gedirsən?Gəl otur söhbət et, darıxıram mən.Bəlkə də yolumuz bir oldu elə,Səni apararam onda özümlə.

Məcnun

Adımı soruşdun?Qeysdir adım.Mənim su içməkdi fəqət muradım.Onunçun da enib gəldim bulağa.Səninlə yolumuz bir deyil, ağa.Tamam başqa yolun yolçusuyam mən,Mənə yoldaş olsan ziyan edərsən.

Tacir

Bəlkə bir səyyadsan?Abidsən yəqin,Abidə oxşayır elə görkəmin.Sən gəl o ceyranı bağışla mənə,Üç qızıl verərəm onun yerinə.Təam hazırlayar qulamlar ondan,Özün də tacirə qonaq olarsan.

Məcnun

Üç qızıl verərsən dedin ceyrana?Əsl tacirmişsən, inandım buna.Səndə insaf hanı, mürüvvət hanı,Üç soyuq qızıla verim canlını?

Tacir

Soyuq qızıla yox, sikkəyə, pula.

Məcnun

Yaxşı ki, tacirsən sən bu ağılla.Qızıl ki pul oldu, əslindən çıxdı,O indi qızıl yox, bir oyuncaqdı.O gah təam olar, gah mətah olar,Bir kisədən çıxıb birinə dolar...(Bir şey dərk etmədi bu sözdən tacir.)

Tacir

De görək bəs sənin tələbin nədir?Bəlkə də şal verim, ya qumaş verim?Ya qul bağışlayım, qarabaş verim?Ərəbsən, yerlisən, bizsə yol ötən,Bilmirəm sən necə rəva bilirsən,Qonağın ac gəlib, ac getsin burdan?Bil ki razı qalmaz bundan Yaradan.

Məcnun

Acsınız? Belə de! Gözləyin əlanMən yemək gətirim sizə obadan.Ancaq, əziz qonaq, bunu yaxşı bilBu ceyranı satmaq heç mümkün deyil.Axı, necə satım bir yaranmışı?Bundan Yaradanın gələrmi xoşu?Onu da bizim tək yaratdı Tanrı,Onun əlindədir öz ixtiyarı.Nə olsun o zəif, sən qüvvətlisən.Gücün çatanları məhv edəndə sən –Onda canavarla səndə nə fərq var?Bir gün də o tutub səni parçalar.

Tacir

Onu təam üçün yaratmış Allah,Burda nə zərər var, nə də ki, günah.

Məcnun

Elə vəhşilər də bu yolla gedir!Güclü gücsüzləri məhv etməlidir.

Tacir

Nəyinə gərəkdir onda bu heyvan,Salıb öz arxana dolandırırsan?

Məcnun

Mən onu tutmadım, o özü gəldi,O məni özünə bir arxa bildi.Bir quş bir budağa sığındığı təkO mənə sığınıb, qoruyum gərək.

Tacir

Bilirsən, böyüsə gedəcək bir gün.

Məcnun

Təəccüblü deyil bu hal mənimçün,Ya gedər, ya bir gün qocalıb ölər.

Tacir

Acığın gəlməsin, yaxşı deyibərHərəmiz bir cürə dəliyik, düzü.

Məcnun

Hamıya yaraşmaz məcnunluq sözü.Siz bir tacirsiniz, dövlət hərisi,Min dinar səcdəyə gətirər sizi.Cünunluq aləmi özgə aləmdir.

Tacir

Mənim müsahibim tanıdım kimdir.

Məcnun

Çəkinməyin, deyin, Məcnunam, bəli,Adı dildən-dilə gəzən bir dəli.Yox, o mən deyiləm özgəyəm tamam,Mən eşqin yeganə havadarıyam.Bir rəvayət deyim sizə, ey qonaq.Bizdən neçə-neçə əsrlər qabaqQədim Yunanıstan torpaqlarından.Dost imiş məhəbbət cünunluq ilə,Deyirlər onların mehribanlığıO vaxt dastan olub düşmüşdü dilə.Sözü bir, sirri bir bu iki yoldaşBir yerdə gəzirmiş kəndi, şəhəri.Hicrandan, möhnətdən, kədərdən uzaqGəlib ötər imiş ömrün günləri.Bir gün də səfərə çıxırlar onlar,Yol uzaq, getdikçə uzanır söhbət.Cünunluq köpürüb daşır sel kimi,Onu təsdiq etmir yenə məhəbbət.Cünunluq köpürüb daşır sel kimi,Məhəbbət çox sakit tutur özünü.Cünunluq hirsini soyuda bilmir,Əl atıb çıxarır onun gözünü.Məhəbbət kor olub qalır səhrada,Dostusa sarsılır öz əməlindən.Haçandan-haçana gəlir özünə,O, kor məhəbbətin tutub əlindən,Gedirlər... indisə kədərli məhzun.Tanınır hər yanda bu iki nəfər.Odur el içində o vaxtdan bəri“Məhəbbətin gözü kordur” deyirlər.Cünunluq vəfasız çıxmır dostuna,Ürəkdən-ürəyə daşıyır onu.Ağasına sadiq əzabkeş kimiOnu dolandırır ömrü uzunu...Çox məcnunla olub, eşqin yolunda,Çox aşiqlər gəlib, getmiş cahana.İndi məhəbbətin mənəm həyanı,İndi məcnun etmiş məni zəmanə...”Döyüb gözlərini dayanır tacir,Onun gördükləri yuxudur, nədir?Bu haman Məcnunmu Leyliyə vurğun?Bu haman gəncmidir həsrətdən cünun?Bu haman aşiqmi həyata küskün?Bu haman Qeysmi, demiş mənimçün –Ən müqəddəs Kəbə Leylidir, Leyli?Əgər bu o isə, hanı o dəli?..

Heyrətlə dayanıb baxanda tacir,Məcnun da başını bulayıb gedir.Bilir ki, bu kişi dərk etməz onu,O, Leyli, bu, sərvət divanəsidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets