Səni hər görəndə uçur xəyalım,Yadıma ən gözəl bir dövran gəlir.Elə bil ömrümün bahar çağındaGah günəş görünür, gah duman gəlir.

Yenə xatirimdə qalmısan elə,Şinelli, çəkməli o heykəlinlə.Eşitdim gəlirsən, çıxdım sahiləDedim, qardaşımdır bu, mehman gəlir.

Yoluna gül səpdi el tabaq-tabaq,Neçə dost evində sən qaldın qonaq.Nə vaxt o günlərdən söz düşür ancaqYadıma Kəpəzlə Savalan gəlir.

Təbriz qızlarına qəzəllər dedin,Məni unutmayın, gözəllər, dedin.Bu bağlar, çəmənlər, bu güllər dedinMənə doğma gəlir, mehriban gəlir.

İndi o günlərdən neçə yaz keçir,Bilirəm qəlbindən hansı söz keçir.Hicranın qoynunda ömrümüz keçirHeyif çoxlarına bu asan gəlir.

Nələr çəkdirmədi zəmanə bizə.Dağ dağa qovuşdu, dəniz dənizə.“Gün o gün olsun ki...” qoca TəbrizəDeyəm, aç qoynunu Süleyman gəlir...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring