Soxtalar
Aləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
Təb'i-mövzunun birisi soxtanı mədh eyləmiş,Baxıban gördüm bu açıq bir yalandır soxtalar
Soxtanı mədh eyləyən şair arayə çox gələr,Yazmışam sizdə görək həqdir ya bühtan soxtalar
Gərçə zahirdə baxırsan bir yazıqdır binəva,Batinində əl aparsan çox yamandır soxtalar
Qurd deyilər bunlar bürünmüş gusfəndin cildinə,Kinəli əqrəb ya əfi ilandır soxtalar
Harda görsə həddi-təklif olmayan sibyanları,Öldürürlər özlərin ..... soxtalar
Bir neçə vaxt hücreyi-viranədə mən olmuşam,Lehv ü lə'bə getməyə çox pəhləvandır soxtalar
Nəfsi-əmmarə əlində həm əsir və həm əcir,Bir-birinə həm hədəf həmdə sənandır soxtalar
Həm qanan rəmz anlayan rəmz ü işarə düşünən,Çəm-xəm ilə xəm olan yaylı kamandır soxtalar
Rakib və mərkub olub bir-birilə üns edər,Həm təpə həm pilləkən həm nərdbandır soxtalar
Qövmi-Lut'a peyrov olmuş lutilərdir cümləsi,Gah xoruz gahı bəçə gah makyandır soxtalar
Bəzisi oxuduğu elminə amil olmasa,Dağıdarlar aləmi bust-bünyandır soxtalar
Bir-birilə gər sədaqət göstərürlər zahira,Batinən bir ramii-tir ü sinandır soxtalar
Çox mütəvvəl qılmayıb qəsdən bunu qısqa dedim,Əmrəd və Mabun ləbi şirin zəbandır soxtalar
Molla Kəşfi bühtan ilə xəlqi zəmm etməz yəqin,Pünhan əsrar qamu elə əyandır soxtalar
Kitabxana.az · https://kitabxana.az/en/works/molla-kerim-kesfi-soxtalar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
Ürəyini qoruTelefonla bu səhərdedin: yaman istidir Bakı.
CəmaətSəd heyf, əzizan, belə mərdanə cəmaət,Görməyibdilər eşqi-mey-ü-meyxanə, cəmaət.
OlsunBir gözəl istərəm bu əvsafda,Gözəllər içində xubtər olsun.