Telefonla bu səhərdedin: yaman istidir Bakı.Alovlanıb, yanır şəhər.Asdım dəstəyi.Burda yağış yağırdı dünən.Havadan səs eşidirəm:– Bu gün də yağacaq.Bu sərinlik mənəcəhənnəm gəlir ancaq.Ürəyin necədir əzizim?Şəhər yanır – deyirsən.Yay keçər, payız gələr,Havalar sərinlənər,Ürəyin necədir, əzizim?Ürəyin!Onu incitmə!Nə anam var, nə atam,yazığın gəlsin mən yetimə.Onu incitmə!Şəhər yanır deyirsənşəhərə nə var.Evlər daşdan,Küçələr daş döşəməli.Şəhərin yanında bir dəniz su var.Ağacların kökü yer altında –sərində.Ürəyimizi qoru.Ağrı görünməsin gözlərində.Günəşdə çox dayanma, əzizim;xətərlidir onun mehribanlığı.Ancaq,şəklimizin qabağında yubanma,əzizimdaha yaman olur, xatirələrin yanığı.

Yesentuki, 1965

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets