Ömür keçdi, gün keçdi...
Soruşdular:– Bir girvənkə daş ağır olar,bir girvənkə pambıq?– Bir girvənkə daş! – dedim,sevinə-sevinə.Xoşbəxt idim...
Kvant nəzəriyyəsi!Nisbət nəzəriyyəsi!Bölünən atomların fəsadı!Cavablarım elmi, dürüst.Hər suala bir dəftər dolduraramyaza-yaza!Yazıq sənə, yazıqRəsul Rza!Acanda ağlayardım.Susayanda,bir yerim ağrıyanda ağlayardım.Bir şey istəsəm, ağlayardım.Anamın qucağı üçün,qonşu qızın oyuncağı üçünağlayardım.Külək bərk əsəndə,qarğı əlimi kəsəndə,ağlayardım.Bacım məndən küsəndəağlayardım.Əl uzatdığım kəpənək uçanda,qonşumuz itini zəncirdən açanda,yuxum qaçandaağlayardım.Xoşbəxt idim!
Dünya yuxusuzdur.Ağlaya bilmirəm.Ölüm ömrü pusur.
Ağlaya bilmirəm.Raketlər xaraba qusur.Ağlaya bilmirəm.Kirəc damarlarımı bərkitdi.Dostlardan çoxu getdi.Ağlaya bilmirəm.Sancırlar, ağlaya bilmirəm.Nə atam var, nə anam.Ağlaya bilmirəm.Yaşlı, yekə insanam.Ağlaya bilmirəm.Və hakəza!Yazıq sənə, yazıqRəsul Rza!
Nə atam kimi güclü kişi vardı,nə anam kimi gözəl qadın.Küçəmizdəki ağaclardirənmişdi göyə.Ağzımda yemlik dadı.Evimizin qabağında axan çaydanböyük, enli, dərin çay yox idi;bilmirəm necə keçirdi onuayaqyalın toyuqlar!Uzaq sözüaraba təkərinə dolaşmışdı,yaxın sözüçəkməmin bağına.Nə iki mərtəbədən hündür eyvan vardı,nə hind toyuğundan qorxulu heyvan.Nə üçqulac kəndiriağzından suyunacan sallananquyumuzdan dərin quyu.
Bilirəm,dünyada çox güclü adam var:qolu güclü, sözü güclü.Bilirəm,gözəl qadınlar varMilos qızı Veneradan belə gözəl.Okeanlar görmüşəmgünlərlə sinəsində üzüb.Ağzımda valokordin dadı var.Yaxın sözüreaktiv təyyarələrin qanadındaəriyib gedib.Uzaq sözüplanetlərarası raketlərdə.Hündür eyvan yüz mərtəbəyə qalxıb.Ən dəhşətli nüsxəinsanlar içindədir.Planetimizidəlik-dəlik elədikqaza-qaza!Belə-belə işlər,Rəsul Rza!
Gecə yarıdan keçib.Neçə yazılı vərəq varmasanın üstündə.Axşamdan bəri xəyalımlakönül-könül gəzmişəm,neçə insan aləmini bu gün də.Birdən söndü elektrik lampam.Bu günün son,sabahın ilk sətirlərinibitirə bilmədim.Qaranlıq qara xəbər kimiçökdü üstümə......Əlimdə mürəkkəbi qurumuş qələm.Dirsəklərimin altındamasamın sığallı üzü.Lampamın telləri külə dönüb.Lampa bitirdi ömrünü,son saniyəsinə qədər yana-yana!
– Biz necə bitirəcəyik ömrümüzü?Ayaq basmadan ən yaxın bir ulduza?Yazıq sənə, yazıqRəsul Rza!
1962, səfərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/resul-rza-omur-kecdi-gun-kecdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wisdom and advice
Bilirəm səhvimi, günahlarımı,Demirəm onları bağışla mənə.
که حال دردمندان پیش چشم یار می گوید؟که حرف مرگ بر بالین این بیمار می گوید؟
Mən göz yaşlarına dözə bilmirəm...Mən göz yaşlarına dözə bilmirəm.İllah da qocayla uşaq ağlasın.
Hicran ağla dedi, vüsal gül dediDənizsahilində dayanmışam tək,Ani tənhalıqdan sıxıldı ürək.