Bilirəm səhvimi, günahlarımı,Demirəm onları bağışla mənə.Günahsız deyildir həyatda hamı,Baxma töhmət dolu baxışla mənə.

Bəzən sürüşübdür ayaqlarım daMən əyri yolu da doğru sanmışam.Yalan da dolaşıb dodaqlarımda,Özüm də yalana çox inanmışam.

Bəzən gülə-gülə ağlamışam mən,Aydın görünməmiş əsil sifətim,Ağlaya-ağlaya gülmüşəm bəzən,Özümə sirr olub öz təbiətim.

Bunlar əzab verir onsuz da mənə,İti neştər olub batır gözümə,Bilirəm səhvimi... təzədən yenə,Sən allah, onları vurma üzümə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice