Sən mənə lazımsan sutək, havatək,Sən mənə lazımsan öz canım qədər,Səni arzulayır sinəmdə ürək,Bu böyük həsrəti duymursan məgər?

Qəmli günlərimdə lazımsan mənə,Qovasan qəlbimin kədərini sən.Xoşbəxt günlərimdə lazımsan yenə,Böyük sevincimi yarı böləsən.

Kef üçün, zövq üçün, nəşəyçün deyil,Xəstəyə dərmantək mənə gərəksən.Həyatın yolları tufanlıdır, bil,Ona gərmək üçün sinə, gərəksən.

Sən ümid, təsəlli, sən şirin arzu,Sən ömür yelkəni dumanda, çəndə!Bir az yaxşı düşün, gülüm, doğrusu,Sənə bunlar üçün lazımam mən də.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets