Əzizim, vaxtında atılmayan ox
Əzizim, vaxtında atılmayan oxSürətlə uçsa da, hədəfə dəyməz,Sən mənə günahkar söyləmə, yox, yox,Gileyin, töhmətin əbəsdir, əbəs.
Bir yola düzəlib getdik hərəmiz,Qaçırdıq fürsəti əldən quş kimi.Bəlkə də unudaq keçənləri biz,Beləcə yaşamaq yaxşı deyilmi?
Sən bir ağac tapıb sığındın ona,Nə vaxtdır dərmisən meyvəsini də.Mənim də gəncliyim yetişdi sona,Söylədi sonuncu nəğməsini də.
İndi sən gəl məni danlama, yox, yox,Gileyin, töhmətin əbəsdir, əbəs,Köhnə dost, vaxtında atılmayan ox,Sürətlə uçsa da, hədəfə dəyməz!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-ezizim-vaxtinda-atilmayan-ox
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Zərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Əs indiQorxuram ki qala bu həsrət canda,Əs, ey canım, bad-i-murad, əs indi,
Gülgəz (Qaranı)Başına döndüyüm, qurvan olduğum,Yoxdu sənin kimi, yaxası Gülgəz.