Başına döndüyüm, qurvan olduğum,Yoxdu sənin kimi, yaxası Gülgəz.Alışıb oduna büryan olduğum,Olarmı sənintək həvəsi Gülgəz.

Can qurban eylərəm o uca boya,Gözəllik yaraşır qamətə, soya,Bəzəkli-düzəkli aparam toya,Yoxdur sənin təki sonası, Gülgəz.

Qaranıyam, oxumadım hecəmi,Yuxum gəlmir, yatammıram gecəmi,Çox gəzdim dünyanı, Azərbaycanı,Öldürür qaşların qarası, Gülgəz.(Ağbabalı İsgəndərin variantı)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets