Qul Qaranı:Ey könül, oyan qəflətdən, ol dəmi-dövrana bax,Hər sabah tezdən ərşə çəkilən ol karvana bax.Dəryada mah, yerdə murğu, hamı onun əmrindədi,Dünya heç kəsə qalmadı, hanı, Süleymana bax.

Xəstə Hasan:Bizi yoxdan var eyləyən ol Tanrı sübhana bax,Abı, ataş, xaki, baddan xəlq olan insana bax.Adəmi sakin eylədi cənnəti İrizvana,Onların qəsdi-qərəzi ol ləin şeytana bax.

Qul Qaranı:İbrahim ki, İsmayılı apardı Ərəfətə,Dedi: Ata, qolum bağla, sallam səni əzyətə.Xışmla bıçağı çəkdi ol Həcərül Əsfətə,Kim göndərdi, kim gətirdi ol qoçu qurbana bax!

Xəstə Hasan:Hax taladan nida gəldi, “İncil” endi İsaya,“Zabur” Davuda verildi, abu “Tövrat” Musaya.Məhəmməd durdu qıvlaya, Məryəm girdi kilisaya,Məhəmmədin hümmətinə oxunan Qurana bax!(Aşıq İsgəndər Ağbabalı variantı)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love