Getdi yarani-səfa, bir qəmgüsarım qalmadı,Bu bütün dünyada qəmdən qeyri yarım qalmadı

İxtiyarım yar idi, ayırdı çərxi-bivəfa,Ağlasam eyb eyləmək ki ixtiyarım qalmadı

Eylədim sünbül səhəksiz əzmi-səhra, anlamadım,Bir nəfəs bağı-vücud içrə qərarım qalmadı

Ey könül, uyma ədəm mülkünə qatlan bir nəfəs,Yarə can verməkdən özgə heç karım qalmadı

Bir səhra Leyli fəraqından könül avarədir,Nitqiya, Məcnun kimi səbr ü qərarım qalmadı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love