Şikəstə oldu könül zülfi-yar dərdindən,Bəlaya uğradı miskin nigar dərdindən

Həzar aşiqi-nalan birini guş etməz,Nə bilsin ol gül-ra'na həzar dərdindən

Məzarım üstünə yazın: şəhidi-xəncəri-yar,Olarsa xəstədil ol qəmzəkar dərdindən

Qəm aldı canımı, sun ləblərin kimi, ey saqi,Şərab ver bizə, öldük xumar dərdindən

Cahanda bulmadı dərmanın, öldü bu Nitqi,Təbibim eylədi tərki-diyar dərdindən

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love