Fələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,Göz ilə görməmiş həminKönül yox ola varından.

Rəqib, evin bərbad olsun,Saralıb güllərin solsun,Ayrılan necə şad olsunBelə sərxoş nigarından.

Eylərəm yüz min xəyalı,Pərişandır könül halı,Gecə-gündüz yar camalıGetmiyür göz kənarından.

Mən Tahirəm, baxt itirdim,Dərdimi həddən ötürdüm,Cəfa çəkdim, bağ bitirdim,Dərmədim bircə barından.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love