Sə qalı tez-tez
Sarsaq ilə seyrə çıxsan səhraya,Gətirər sərinə sə qalı tez-tez.Tərlan uçar, qalxar ərşi-əlaya,Sardan şikarını sağ alı tez, tez.
Yel dəyir, tellərin, yar, a gəzdirir,Saqi istəkanı yara gəzdirir.Yar həsrəti canda yara gəzdirir,Yar gəlsə, yaralar sağalı tez, tez.
Xədəngin neyləsin səng isə qala,Eşq ataşın canda səngisə, qala.Şah dəstin yetirsə səngi-səqala,Qaldırar yerindən səqalı tez, tez.
Aşıq gərək sirrin desin ha lala,Yanağından həya eylər ha lala.Səxa əhli satdığını halalaSiratdan keçəndə sağ alı tez, tez.
Səhər səyyad seyrə çıxarsa dağa,Ağan təkdi, dəngi deyil səd ağa.Qıl, yazıq Ələsgər, sərin sadağa,Geydir yar qəddinə sağ alı tez-tez.
Kitabxana.az · https://kitabxana.az/en/works/elesger-se-qali-tez-tez
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Kəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,
Tarji-band (another source) 1ما مست شراب لایزالیمما گلبن عیش را نهالیم
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Nə müddətdir gözüm rahindədir, yarım, sən səfa gəldin!Nə müddətdir, gözüm rahindədir, yarım, sən səfa gəldin!Həbibim, sevgilim, yarım, nigarım, sən səfa gəldin!