İbtida "əlif"dən dərsin almışam,Ələst aləmində demişəm "bəli",Həqiqətdən iki gözəl sevmişəm,Birisi Mühəmməd, birisi Əli.

Əlidən dərs aldım eylədim əzbər,Ərşin sütunudur yerlərə ləngər,Fatimeyi-Zəhra, şafeyi-məhşər,Onun seçdim gözəllərin gözəli.

Həsən Əl- müctəbda çoxdur şövkəti,Ərşin güşvarəsi, göyün zinəti,Məhşər günü darda qoymaz hümməti,Əsğər qucağında şah Hüseyn gəli.

Xəliqi-ləmyəzəl vahid əl-yektay,Qüdrətindən kamal verib mənə pay,Oxu"əlif", "ğeyn"i, eylə haqqı-say,Arif seçər əbcəd ilə cəm əli.

Günahım dəryadı, özüm qanmışam,Tutduğum işlərdən çox utanmışam,Püşti-pənahına daldalanmışam,Adım Ələsgərdi, əslim - göyçəli.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love