Bir maralı əldən gedən səyyadam,Hey gəzirəm bu dağları, görünmür.Həsrətindən çox qəmginəm, naşadam,Var sinəmdə nə dağları, görünmür.

Firqətli Məcnunam, Leyli sorağım,Ləhcəli bülbülüm, zinətli bağım,İstəkli cananım, işrətli çağımUnudubdu yaylaqları, görünmür.

Xudaya, rəhm eylə, özün təhrə çək,Zikr olur kalamın dilimdə tək-tək.Belə intizarlı Novrəs İman təkGözü yolda var ağları, görünmür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love