Mənə haqsız söz dedilər,Qaldım udquna-udquna.Niyə? Bilmirəm, bilmirəm.Yeyə bilmirəm, bilmirəm.Cavab dilimin ucundaDeyə bilmirəm, bilmirəm,Allah, bizə dözüm ver.

Sağım, solum nadan, yağı,Qaldım çırpına-çırpına.Qopdu ürəyimin tağı,Soldum çırpına-çırpına.Gördüyüm hamısı göz dağı,Öldüm çırpına-çırpına,Allah, bizə dözüm ver.

Üstümüzə çaqqal hürür,Gözüm elə şeylər görür,Ya rəbb, gözə dözüm ver.Ağac olubdu sarmaşıq,Tanrı sözə dözüm ver.Danışıb lal olmaq olar,Alışıb kül olmaq olar,Allah, bizə dözüm ver.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love