Quq-quq quşu
Quq-quq quşuNə öz eli, obası var,Nə də doğma yuvası var.Öyünür ki, nəğməkaram,Ancaq onun dilində bir havası var.“Mən baharam,Mən qədiməm,Mən vüqaram”.– Harda gəldi deyir –Quq-quq,“mən də varam!Bu meşənin sahibiyəm,O çəmənin sahibiyəm.
Düzdə duman mənimkidi,Dağda çənin sahibiyəm”.Gedir xəlvət yumurtlayırBaşqa quşun yuvasında.Balası da yumurtadan çıxan kimiAna mənimkidir deyir.Yuva mənimkidir deyir!!!Quşun əsl balaların,Didir, döyür,Yuvasından atır yana...Avam ana, bədbəxt ana,Quq-quqa bala yemləyir.Bala bir gün qanad açıb quq-quq deyir.Neçə-neçə yuvalardanSəsinə səs verən olur:Quq-quq, quq-quq.
Neçə quşun yuvaları viran olur:Quq-quq, quq-quq,Quq-quqların öz tikdiyi yuva yoxdu.Hər yuvada balası var.Hər meşədə bu quş bir gün quq-quq deyir.Quq-quq dediBil ki, onun xata-balası var!
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-quq-quq-qusu
Use ← → keys to move, R for a random poem