Özgə laylasına yatma,Özün-özünü aldatmaQazanın qaynasın deyəÖzgəsini oda atma.Baxma burnunun ucunaHər günündən sabaha bax.Mərd doğulub, mərd yaşamaqÖzü də hünər istəyir.

“Mənəm, mənəm” – deyəndə qorx,“Hər şey mənim” – deyəndə qorxÖzünü qurtarmaq üçünÖzgəsini döyəndə qorx.Ədalətdir güclü yaraqHər günündən sabaha bax.Mərd doğulub, mərd yaşamaqÖzü də bir ər istəyir.

Uşaqlıqdan qoru adıDüşmən kimi qovma yadı.Bu dünyanın min üzü varBu gün sənsən, sabah odu,Heç vaxt ağıl gətirməyibAxmaq başa, baha papaq,Mərd doğulub, mərd yaşamaqÖzü də təpər istəyir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets