Görəsən ağaclar ağlayırmıbudağını yarpaqlar, quşlartərk edəndə.Kölgəsindəninsanlar da gedəndə.Qışın sərt küləyiqırmanclayanda budaqları,çılpaq qolları tir-tir əsəndəağaclar ağlayırmı,ürəyini boşaldırmı, barı?Yorulanda şaxta, ayaz,gələndə yaz,budağına qayıdandaquşlar, yarpaqlar,yanına yığışanda biz,kölgəsi ayağına yıxılandasəssiz, səmirsiz...Heç olmasa bu günündə gərəközünə yazığın gələ, hönkürəsən.Ağaclar ağlayırmı görəsən?..Ağaclar qürurunu saxlayır,vüqarını qoruyur. .Gecələri üzünə tutub ağlayır,ağaclar ağlamaqdanquruyur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice