Qəm-qəsavət bu gün başa vuruldu,Ağlayalım, ayrılığın günüdü.Qismətimiz qürbət eldə verildi,Ağlayalım, ayrılığın günüdü.

Məni kül elədi elin dilləri,Bundan sonra gözləməyin yolları,Mən gəzərəm gedib qürbət elləri,Ağlayalım, ayrılığın günüdü.

Canım ustad, təvəqqeyim sizədi.Fələyin etdiyi mənə cəzadı,Bəlkə qismətim var məni gözədi,Ağla Məmməd, ayrılığın günüdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate