Maral kimi bu dağları gəzirsən,Ceyranın quzusu, sağısan gəlin!Düşdüm məclisinə tarü-mar oldum,Bəzəyirsən bu yığnağı sən, gəlin!

Səni görən olur xəstə, zarıncı,Xalın kimi şölə verməz hər inci,Sinən üstə yetir narı, turuncu,Firdövsi-əlanın bağısan, gəlin!

Məhəmmədə qaldı bu daği-həsrət,Gecəni, gündüzü saətbəsaət,Öldürürsən öldür, vermə xəcalət,Həmişə canıma yağısan, gəlin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death