Bu gözəl dünyaya, gözəl aləməKədərlə boylanma, kədərlə baxma.Gözlərim, dünyanı boyama qəmə,Payız sularıtək kədərli axma.Xəzəllər saralmış arzular deyil,Yarpaqlar öləndə gözəl olur ki,

Gözəl qarşılansın yenə gələn il.Bir cür gözəl olur, həm qürub, həm dan,Günəş də dünyadan gözəl gedir ki,Görənlər bezməsin gözəl dünyadan.İnsantək yaşasaq dünyada əgər,Bir ömür insanın gen-bol bəsidir.Böyüklər dünyaya “gözəlsən” deyər,Kədər acizlərin bəhanəsidir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets