Yarpaqlar quşlara qoşulub gedib,Kür boyu meşələr tək qalıbdılar.Yaşıllıq elə bil quş olub gedib,Ağaclar nə yaman qocalıbdılar.

Hirsindən partlayıb meşədə cır nar,Yovşan yetim kimi görünür mənə.Donunu soyunmuş cavan ağaclarHəyadan qısılıb biri-birinə.

Kürdə də kürlükdən əsər qalmayıb,Dilini qarnına qoyub yatıbdı.Heç kəs cığırlara ləpir salmayıb,Torpaq da su içib, doyub yatıbdı.

Həzin payızı var bizim yerlərin,Susursan, danışıb-gülmək olmayır.İnsansan, olsa da min dərdin, sərin,Meşəni tək qoyub gəlmək olmayır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring