Dostum, deyirsən ki, gül, həmişə gül!Səni sağaltsa da gülüş sağaldar.Söylə, necə gülüm, necə gülüm bəs?!Sinəmdə düşmənin yaraları var.Qəlbimin səması necə durulsun,Vətənin göyləri tutqunsa əgər?!Rahatlıq üzünə həsrətsə elim,Söylə, bəs ürəyim necə dincələr?!Dostum, necə gülüm, necə gülüm mən,Əgər gülməyirsə elim, vətənim?!Qəlbimin səması necə durulsunƏgər dumanlısa çölüm, çəmənim?!Necə ki, Təbrizin üstü dumandır.Dumanı qəlbimdən silərmi zaman?!Deyirsən, həmişə gülüm, o vaxt ki,Ağzım bir gülüşə açılmaz, inan!Qəlbimin səması necə durulsunƏgər dumanlısa çölüm, çəmənim?!Dostum, necə gülüm, necə gülüm mən,Əgər gülməyirsə elim, vətənim?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring