Mən əməl bağında bir gül əkmişəm,Onun zəhmətini özüm çəkmişəm.Elimin həyatı keçsə də ağır,O gülə nə qədər gözlərim baxır,Özümü həyatda xoşbəxt sanıram.Gələcək eşqiylə qanadlanıram.Dözərəm hər dərdə, məhrumiyyətə,Dözərəm dünyada hər bir möhnətə.Bilirəm əkdiyim o gül açacaq,Vətən göylərinə ətir saçacaq.Arzular su vermiş, onu bəsləmiş,O gül gələcəyə məni səsləmiş.Bir gün qovuşacaq el səadətə,Mənim ki, ümidim elə bəllidir.Çiçək açmasa da arzum hələlik,O gül həyatıma bir təsəllidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring