Könül bulanmaz imiş etibar olan yerdə
Könül bulanmaz imiş etibar olan yerdə,Qışın nə aləmi varmış bahar olan yerdə.Rəqibdən nə küsüb sən, nə inci, ey qəlbim,Rəqib neyləyəcək yara yar olan yerdə.Məhəbbətin özüdür ən şirin, gözəl nemət,De, bülbülə nə gərək novbahar olan yerdə?Sevib yaşa, sevərək öl, bu bəxtiyarlıqdır,De, qəmlənərmi könül bəxtiyar olan yerdə?Ürək alışmasa gözdən, de, yaş çıxarmı məgər?Kim ağlar, əldə, gülüm, ixtiyar olan yerdə.Təbəssümüm dodağımdan bil, ixtiyarsız uçub,Mən ixtiyarsızam, ey gül, nigar olan yerdə.Vətən, Vətən deyərəm, ruhum eyləyər pərvaz,De, gizlədim necə, dərd aşikar olan yerdə?Soruşdu, söylə, kimin həsrətindəsən, şair?Kimi deyərdi könül, Şəhriyar olan yerdə?
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-konul-bulanmaz-imis-etibar-olan-yerde
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
A yağı zülfünA beymürvət, məni candan eylədin,Göründü gözümə a yağı zülfün.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən