A yağı zülfün
A beymürvət, məni candan eylədin,Göründü gözümə a yağı zülfün.Baş dayanar, qəhri çoxdur dünyada,Toxunsa yandırar ayağı zülfün.
Fərhad cəfa çəkdi Şirin yerində,Ürbah dura bilməz şirin yerində.Şirin ixtilatın şirin yerindəQatdı şərbətinə ay ağı zülfün.
Köçdü yaylaqlara qarabağlı yar,Əsər gədikləri qara bağlıyar.Dost ayrılsa dostu qara bağlıyar,Çəkər al üstündən ay ağı zülfün.
Abdullayam, yönüm düşdü hər yana,Pərvanətək eşq oduna hər yana.Siyah zülfün san çəkibdir hər yana,Coşub əbru kimi a yağı zülfün.
Kitabxana.az · https://kitabxana.az/en/works/usta-abdulla-a-yagi-zulfun
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Səni xuda yaradıb, dilbəra, deyib-güləsən,Nəinki sallayasan qaşqabağuvi belə sən!
Gəraylı: Məni eşqə salan dilbərMəni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
MüxəmməsZivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!
BayatılarDüz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,