Səhərdən bir gözəl oxladı məni,Dağıldı üzünə tel yavaş-yavaş.Dedim bir kərəm et, dərdimi deyim,Qoymadı açmağa dil yavaş-yavaş.

Əllər incə, tellər incə, dil incə,Canım çıxdı dəstinə gül verincə.Cəfa çəkib belə gözəl görüncə,Mən deyim halımı bil yavaş-yavaş.

Belə gözəl doğmuyubdu anası,Dağlar maralıdı, çöllər ahusu.Budur Abdullanın səndən arzusu,Bir əyləş yanımda, gül yavaş-yavaş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets