Fəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik

Bu xərabın yoxdu bir ağ saqqalı,Aparıban danışdıra baqqalı,Dindirirsən neçəyə qarğudalı,Deyir götür birisini pet qəpik

Qəssabların işi olubdur cəfa,Nə əhd var bunlarda, nə bir vəfa,Çörəkçilər heç gəlmiyor insafa,Dindirirsən biri deyir pet qəpik

Xarab olub bu şəhrin sövdası,Dada yetsin fəqirlərin Mövlası,Yox bir şahı heç, yüz altun abbası,Pet qruş, desit qruş, pet qəpik

Kasıb-kusub çox eliyor ah-u zar,Nə eləsin, əldə yoxdur ixtiyar,Dindirirsən neçəyə bu bir xiyar,Nərx olubdur hər üçünə pet qəpik

Əyal ilən oturanda üz-üzə,Xəcalətdən baxmırıq göz-gözə,Dindirirsən neçəyə bu xərbuzə,Nərx olubdur ona desit qəpik

Deyir kişi: çox danışma, var sağı,İki qruşdu tənəyin yaprağı,Alsan xəbər soğanı, sarımsağı,Pet qəpikdir, pet qəpikdir, pet qəpik

Yəhərləyib birdə mineydim atı,Görsədiydim mən də sizə isbatı,Dindirirsən zəncəfili istotı,Əttar deyir misqalıdır pet qəpik

Birdə gəlsə bu qalaya qubernat,Ərz eliyək əyilibən qat-bə-qat,Nə mürvət, polis-meyster, komandat,Turş alçanın səbtində pet qəpik

Kasıb-kusub deyir: amandır aman,İşlər olur bundan bətər, çox gümən,Dükanlarda tar çıx alıb badımcan,Dindirirsən birin deyir pet qəpik

Dərya olan yerdə olub adələr,Mənə gəlsin dosta gələn qadələr,

Rəiyyətə minibdi bəyzadələr,Şərm-ü arın batmanıdı pet qəpik

Lənət gəlsin varlıların cəmnə,Ki qalmırlar yoxsulların qəmnə,Ümhani, Şəhrəbanı, Səkinə,Nərxi olub hər gecəsi pet qəpik

Random poem

Poems by other poets