Məsləhət
Məşədi Sijimquluya cavabSijimqulu, eyləmisən məsləhət,Utanma heç, gəl, səni evləndirim.Hyləmişəm istixarə yaxşıdır,Beş-on günə, gəl səni evləndirim.
Məşdi Səfdər qızı sənə verməsə,Qızıl, gümüş, paltar, palaz istəsə,Toy xərcinə əgər gücün yetməsə,Düzəldərəm, gəl, səni evləndirim.
Bir qız alım mən sənə tərlan kimi,Ahubaxış, işvəli ceyran kimi,Gözəl -göyçək, qönçeyi xəndan kimi,Tez ol durma, gəl, səni evləndirim.
Saqqalına gecə həna bağlasın,Başın keçəl olsa, yusun, yağlasın.Kötəkləsən, uşaq kimi ağlasın,Qoy ağlasm, gəl, səni evləndirim.
Her yan molla, nikahiniz müftədir,Əgər versən, təmənna bir küftədir,Çətinliyi sənə bircə həftədir,Xoşun gəlsə, gəl, səni evləndirim.
Əgər yoxdu pulun, pul da taparam,O məhləyə, bu məhləyə çaparam,Sənə özüm bir pullu toy yaparam,Qəm eləmə, gəl, səni evləndirim.
Yığışarlar toya hamı cavanlar,Kablayı, məşədi, həmi də xanlar,Mütriib oynar, hamı ləzzətin annar.Bax sözümə, gəl, səni evləndirim.
Nedir bizlərdə çox balaca qızlar,Nəyə lazım otuz yaşlı Tükazlar?Allah özü çətin işləri sazlar,Dəxi durma, gəl, səni evləndirim.
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-razi-semcizade-meslehet
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Xudaya, cismim ayrılsa, dilim dilbərdən ayrılmaz!Gözüm görməzsə, rəsmi zehnimi eylər şən, ayrılmaz!
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Çinarla söhbətQoca çinar, bu səs məni bezdirdi, əzdi,Otağımı, yatağımı haraya dartım,
آگه نهای که بر دلم از غم چه درد خاستمحنت دواسبه آمد و از سینه گرد خاست